Kanada Təhsil Vizası Üçün Tələb Olunanlar Nələrdir? – 2024
Kanada dünyanın ən yaşana bilən ölkələrindən biri olmaqla yanaşı, 180-dən çox millətdən olan beynəlxalq tələbələrə ev sahibliyi edən dünyada nadir ölkələrdən biridir. Hər il fərqli mədəni və təbii təcrübələr yaşamaq istəyən 300 mindən çox tələbə şaxtalı soyuqdan asılı olmayaraq Toronto, Monreal, Vankuver və Kvebek kimi tolerantlığın və müasirliyin yüksəldiyi şəhərləri seçir. Kanada ölkəyə gələn əcnəbi tələbələrə meşələri, gölləri və dağları ilə möhtəşəm vizual zifayət tədqim edərkən, ingilis və fransız dil seçimləri ilə yüksək keyfiyyətli təhsil müəssisələri ilə də heyran buraxır. Bu məqaləmizdə isə Kanadada universitetdə təhsil almaq istəyənlər üçün Kanada tələbə vizası ilə bağlı sualları araşdırdıq!
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Kanada Tələbə Vizası Üçün Necə Müraciət Etməli?
Kanadada təhsil almağı düşünənlər, Kanada tələbə vizası almaq üçün əvvəlcə təhsil müəssisəsindən onların müraciətinin qəbul edildiyinə dair təsdiq və sənəd almalıdırlar. Daha sonra Kanada Vətəndaşlıq və İmmiqrasiya İdarəsi və ya CIC vasitəsilə onlayn olaraq Kanadada tələbə vizası üçün müraciət edə bilərlər. Viza ərizələrini təsdiq etmək və ya rədd etmək qərarı İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Kanada və ya IRCC əməkdaşları tərəfindən qəbul edilir. Müraciət etməzdən əvvəl sizdən tələbə vizası üçün uyğun olub-olmadığını yoxlamaq üçün qısa anket doldurmağınız xahiş olunacaqdır.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
İngilis və ya fransız dillərində seçimləri olan internet saytında sualları və sizdən tələb olunan sənədləri düzgün başa düşdüyünüzə əmin olmağı tövsiyə edirik. Sonra müraicət etmək hüququna maliksinizsə, 60 gün ərzində etibarlı olan şəxsi yoxlama siyahısı kodunuz olacaq. Bu kodla alacağınız MyCIC hesabınız sayəsində sənədləri öyrənib göndərəcək və viza rüsumunu ödəyib yoxlayacaqsınız. Onu da qeyd etmək lazımdır ki, bəzi namizədlər müraciət etdikdən sonra müsahibə üçün viza ofisinə gələməli ola bilərlər.
Kanada Təhsil Vizası Üçün Tələb Olunanlar Nələrdir?
- Doldurulmuş ərizə forması
- Universitetdən qəbul məktubunun əsli
- Təhsil alacağınız müddətdən asılı olaraq ən azı bir il etibarlı pasport
- Ölkənizə qayıdacağınızı təsdiq edən səyahət sənədi
- Sağlamlıq arayışı
- Biometrik şəkillər və barmaq izləri
- Arxasında adını və doğum tarixiniz olan iki fotoşəkil
- Kanadada təhsiliniz müddətində hər il üçün ən azı 10.000 Kanada dollarınız olduğunu göstərən bank hesabı
- Bank kartı hesabından çıxarışlar və sizinlə gələcək ailə üzvünüzün xərclərini qarşılamaq üçün kifayət qədər maliyyənizin olub-olmaması
- Kanada tələbə vizası haqqının ödənilməsi şəhadətnaməsi
Həmçinin nəzərə alın ki, tələb olunan sənədlər, rüsumlar və təlimatlar yaşadığınız ölkədən asılı olaraq dəyişə bilər. Bu mövzuda köməyə ehtiyacınız varsa, ölkənizdəki viza ofisini, Kanada səfirliyini və ya konsulluğunu, CIC vasitəsilə ölkənizdə yerləşən müraciət bürolarını seçərək dəstək ala və ya bizimlə əlaqə saxlaya bilərsiniz.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.