[reklamvideo]
Kanadada Təhsil

Kanadada Təhsil Almaq – Kanada Ali Təhsil Sistemi – 2024

Sosial-iqtisadi baxımdan dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Kanada iqtisadiyyatın, sosial təminatın inkişafının və təhsil sisteminin keyfiyyətinin göstəricisidir. OECD ölkələri arasında aparılan araşdırmalara görə, Kanada təhsilə verdiyi önəm və keyfiyyətinə görə dünyada üçüncü yerdədir. Adambaşına düşən təhsilə xərclənən vəsait, universitetlərin dünya standartlarına uyğun olması, verilən diplomların bütün dünyada tanınması, məzun olan hər bir tələbənin qlobal uğurları Kanadanın təhsil baxımından nə qədər inkişaf etmiş ölkə olduğunun sübutudur. Bu məqaləmizdə isə Kanada ali təhsil sistemi haqqında sizi maraqlandıran bütün sualları araşdırdıq!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

kanadada tehsil

Kanada Ali Təhsil Sistemi

Kanadada universitet təhsili ölkəmizdə olduğu kimi 4 il, magistratura təhsili isə 2 ildir. Lakin bəzi universitetlərdə 1 illik magistratura təhsili də mövcuddur. Kanadada bəzi universitetlər universitetə qəbul üçün ö Proficiency testini tətbiq edir və ya tələbənin həmin universitetin dil bölməsini uğurla bitirib-bitirməməsini yoxlayır. Universitet proqramlarında alınan bütün diplomlar isə beynəlxalq səviyyədə tanınır. Universitetlər bakalavr proqramlarından başlayaraq doktoranturaya qədər təhsil verir və akademik proqram sentyabrdan mayın sonuna qədər davam edir. Əksər universitetlər yanvar ayında tələbə qəbul edə bilər, bəziləri isə tələbələrə yayda kurs keçmək imkanı təklif edir. Universitetlərdə həm ingilis, həm də fransız dillərində kurs proqramı tədris olunur.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Universitet Kollecləri Nədir?

Universitet kollecləri Kanadadakı universitetlər və kolleclər arasında bütövlüyü təmin edən məktəblərdir. Onlar tələbələrə kollec dərəcələri, sertifikatlar, universitet dərəcələri və dil proqramları daxil olmaqla, geniş proqramlar təklif edirlər. Tələbələr bakalavr təhsili almaq və ilk iki ilini kolleclərdə keçirmək istəyirlərsə, kreditləri tamamlaya bilərlər. Burada ən vacib detal kredit aldıqları kursların oxumaq istədikləri bakalavr proqramına uyğun olub-olmadığını yoxlamaqdır. Bu kolleclərdə təhsil almaq üçün tələbələrin 18 yaşı olmalıdır və beynəlxalq tələbələrdən isə proqramın əvvəlində əlavə məcburi kurslar keçmələri tələb oluna bilər. Akademik karyera qurmaq istəyənlərdən proqramı uğurla başa vurmaq tələb olunur.

Community Kolleclər

Community Kolleclər nəzəriyyədən çox praktiki təhsili almağı hədəfləyən tələbələrin üstünlük verdiyi təhsil müəssisələrdir. 1 və ya 2 illik sertifikat və 3 və ya 4 illik diplom proqramları təklif olunur. Bəzi kolleclərin də universitet dərəcələri vermək səlahiyyəti var. Onlar həmçinin tələbələrə ödənişli və ya ödənişsiz təcrübə imkanları təklif edirlər. Səhiyyə, biznes, incəsənət, kollec hazırlığı, sosial xidmətlər, böyüklər üçün təhsil proqramları və akademik proqramlar ən populyar proqramlardır. Kolleclər iş həyatındakı dəyişikləri və texnoloji inkişafları daima izləyərək keyfiyyətli həyat üçün lazım olan təhsili verir. Bir çox kollec ISO seritikatına malikdir. Orta məktəbdən sonra davam etdirə bilən proqramlarla yanaşı, bakalavr təhsilindən sonra da davam etdirilə bilən magistratura proqramlar da var.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button