Beynəlxalq Tələbələr Üçün Polşada Təhsil Vizası Xərcləri – 2024
Polşa zəngin tarixi, canlı mədəniyyəti və qonaqpərvər insanları olan böyük bir ölkədir. Belə ki, Beynəlxalqlaşma sahəsində son səylərin sayəsində artıq Polşaya getdikcə daha çox əcnəbi tələbə xaricdə ali təhsil almaq üçün köçməyə qərar verir. Bundan əlavə, ölkə münasib təhsil haqqı və olduqca əlverişli yaşam dəyəri ilə dünya səviyyəli ali təhsil təklif edir.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Mərkəzi Avropada yerləşən Polşa Almaniya, Çexiya, Slovakiya, Ukrayna, Belarusiya, Litva və Rusiya Federasiyası ilə həmsərhəddir (Kalininqraddan eksklavi vasitəsilə). Polşanın paytaxtı və ən böüyk şəhəri olan Varşava geniş kurslar təklif edən bir çox universitetin yerləşdiyi müasir və maraqlı şəhərdir, digər böyük universitet şəhərlərinə isə Krakov, Poznan, Lodz və Vrovaslavı daxil etmək olar.
Polşada təhsil xərclərinə nələr daxildir?
Polşada təhsil almaq istəyən tələbə namizədlərindənsinizsə və ya hələ də bu qərar üçün tərəddüd edirsinizsə, gəlin sizə Polşada təhsil almaq üçün hansı xərclərin lazım ola biləcəyiniz göstərək və bununla da, siz xaricdə təhsil almaq üçün büdcənizin buna yetərli olub-olmadığını aydınlaşdırmış olacaqsınız.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Polşada təhsil almaq təkcə universitet xərclərinizi və təhsil haqqını ödəmək demək deyil, belə ki, siz Polşaya köçərkən, qalma, yaşayış və gündəlik xərclərin ödənilməsi ilə bağlı əlavə xərclər üçün büdcənizi kifayət qədər yaxşı bir şəkildə planlaşdırmalı olacaqsınız. Bəs, Polşada təhsil almaq üçün sizə qeyd etdiyimiz vacib xərclərdən başqa hansı xərcləri qarşılamaq lazım olacaqdır, gəlin onlara birlikdə nəzər yetirək!
Viza və yaşayış (Visa and residence card) kartı xərcləri nə qədərdir?
Bu xərclər, yalnız vətəndaşları Polşaya gəlməzdən əvvəl viza almağa borclu olan ölkələrdən gələn tələbələrə aiddir. Əgər Avropa İttifaqından gəlirsinizsə, viza rüsumunu ötürə bilərsiniz. Bunu tələb edənlər üçün – vahid rüsum yoxdur, lakin 70 avrodan çox olmamalıdır. Viza üçün müraciət edərkən, birbaşa göstərilməyən digər xərclər haqqında unutmayın – ən azı 30.000 avro tibbi sığortaya sahib olmalısınız.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Ölkəyə girişinizi, qalmanızı və gedişinizi ödəmək üçün kifayət qədər vəsaitin olması – bu, hər bir təhsil ayı üçün minimum 543 PLN və qonşu ölkələrdən, Aİ ölkələrindən və ya qeyri-AB ölkələrindən olan tələbə namizədlərin geri dönüş səyahətini təmin etmək üçün müvafiq olaraq 200, 300 və ya 2.500 PLN təşkil edir.
Polşaya gəlmək üçün vizaya ehtiyacınız olmasa belə, nəzərə alın ki, Polşada 3 aydan çox müddətən qalan hər bir əcnəbi müvəqqəti yaşayış icazəsi üçün müraciət etməlidir, ona görə də viza sahibləri üçün bu, həm də plan üçün onların büdcəsində növbəti addımdır. Tələbələr üçün müvəqqəti yaşayış icazəsinin verilməsinin dəyəri ümumilikdə 390 PLN təşkil edir.
Bəs, yaşayış, nəqliyyat, yemək və s. xərclər nə qədərdir?
Polşadakı xarici tələbələr mənzil kirayəsi, ictimai nəqliyyat biletləri, yemək, təhsil materialları və digər xərclər də daxil olmaqla, standart gündəlik xərcləri xatırlamalı və büdcələrindən aylıq qeyd olunan xərclər üçün ümumilikdə, 900 – 2.210 PLN ayırmalıdırlar. Hər bir xərclərə ayrılıqda nəzər yetirməli olsaq, sizə qalma xərci üçün 270 – 650 PLN, ictimai nəqaliyyat xərci üçün 42 – 65 PLN, qida xərci üçün 370 – 700 PLN, digər xərclər üçün isə 150 – 500 PLN lazım olacaqdır.
Bundan əlavə, tələbə öz universitetinin təqdim etdiyi yataqxanaya köçməyə qərar verərsə, heç bir hesab tələb olunmur – adətən qənaətcil tələbələr üçün ən ucuz həll yoludur. Yataqxana qiymətləri isə üçün sizə aylıq 400 PLN lazım olacaqdır. Nəzərə alın ki, bütün Polşa tələbələri ictimai şəhər və ölkə nəqliyyatı üçün biletlərin yarı qiymətinə, həmçinin kinoteatrlarda, teatrlarda və digər ictimai obyektlərdə tələbə endirimlərindən yararlanırlar.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.