[reklamvideo]
Rusiyada Təhsil

Rusiyanın Ən Yaxşı Universitetləri Hansılardır? – 2024

Rusiya Federasiyası köklü təhsil sistemi ilə yanaşı, keyfiyyətli ali təhsil müəssisələri akademik olaraq dünyanın ən yaxşı 500 universiteti arasında yer alan bir çox ali məktəblərə ev sahibliyi etməkdədir. Yüksək keyfiyyətli və köklü təhsil sistemi ənənəsi ilə müasir təhsil anlayışı təqdim edən ali məktəbləri sayəsində Rusiyada təhsil səviyyəsi və ixtisaslı işçilərin sayı olduqca yüksəkdir. Beləliklə, qabaqcıl təhsil sistemi vasitəsi ilə Rusiya universitetləri dünyanın bir çox fərqli bölgəsindən olan beynəlxalq tələbələrin diqqətini cəlb etməkdədir.

Həmçinin, Rusiya ali məktəblərində təhsil almanın digər ən vacib səbəblərindən biridə, rus dili biliklərinə yiyələnmək olacaqdır. İş mühitində ingilis dil biliyi tələblərindən sonra, rus dilinin çox önəmli və tələb olunan dil olmasıdır, xüsusilədə iri və korporativ şirkətlərin ingilis dilindən başqa rus dilində də danışan əməkdaşlara ehtiyacı vardır. Rusiyada təhsil almağa sövq edəcək başqa bir amil isə ölkənin qədim mədəniyyət tarixinə sahib olmasıdır və xüsusi olaraq Moskva və Sankt-Peterburq şəhərləri özündə hələdə keçmişin qədim izlərini daşıyan tarixi binalarla zəngindir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

rusiyada tehsil haqqi

Rusiya Ali Təhsil Sistemi

Rusiyanın ali təhsil sistemi 18-ci əsrin ortalarında Moskva və Sankt-Peterburqda universitetlərin yaradılması ilə başlanmışdır və ali təhsil sistemi Almaniyadakı kimi qurulmuşdur. Sovet dövründə Rusiyada əhalinin hamısının ən azı orta təhsili var idi və ali təhsilə can atmaq çox prestijli idi və indi də belə hesab olunur. Əsasən beynəlxalq təhsil təşkilatlarının tələbləri ilə əlaqədar Rusiyada təhsil sistemi son 4-5 il ərzində dəyişməyə başlamışdır. Universitetlər İngiltərə və ABŞ-da olduğu kimi sistemə keçməyə başladılar: Bakalavr pilləsi üçün 4 il və magistr dərəcəsi üçün isə 2 il.

Rusiya universitetlərində tədris dilinin rus dili olmasına baxmayaraq, universitetlərin təhsil proqramları çərçivəsində həmçinin ingilis, fransız və alman dillərində də tədris təşkil olunur. Rusiyada təhsil almaq istəyən namizədlərin universitetlərin bakalavr və magistr proqramları çərçivəsində müxtəlif dillərdə tədris almaq imkanı vardır. Universitetlərdə tədris ilinin başlama tarixi sentyabr ayının ilk həftəsinə təsadüf edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Rusiyanın Ən Yaxşı Universitetləri Hansılardır?

  • Ali İqtisadiyyat Məktəbi
  • Moskva Lomonosov Dövlət Universiteti
  • Milli Tədqiqatlar Universiteti
  • Sankt-Peterburq Universiteti
  • Moskva Fizika və Texnologiya Universiteti
  • Rusiya Xalqlar Dostluğu Universiteti
  • Bauman adına Moskva Dövlət Texniki Universiteti
  • Tomsk Dövlət Universiteti
  • Novosibirsk Dövlət Universiteti
  • Kazan Dövlət Tibb Universiteti
  • Rusiya Dövlət Texnologiya Universiteti

Rusiya Universitetlərində Təhsil Ala Biləcəyiniz Bəzi İxtisas Sahələri

  • Mühəndislik
  • Riyaziyyat
  • İnformasiya texnologiyaları
  • Mühasibat uçotu
  • Marketinq
  • Beynəlxalq münasibətlər
  • Tibb
  • Psixologiya
  • Əczaçılıq
  • Stomatologiya
  • Fizika
  • Menecment

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button