[reklamvideo]
Türkiyədə Təhsil

Attestatla Atatürk Universitetinə Qəbul Olun – 2024 Türkiyədə Təhsil

Avropa ilə Yaxın Şərqi birləşdirən Türkiyə, güclü mədəni və siyasi təsirlərə malik genişlənən bir ölkədir. Qərbdə Yunanıstan və Bolqarıstan, şərqdə Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənub-şərqdə isə İraq və Suriya ilə həmsərhəddir. Türkiyə həm də Aralıq dənizi ilə Qara dənizi birləşdirən qapı rolunu da oynayır. Paytaxt Ankaradır, lakin ən böyük və ən əhəmiyyətli şəhəri İstanbuldur, digər böyük şəhərlərə isə Bodrum, Antalya, Qaziantep və İzmir daxildir. İstanbul şəhəri Türkiyənin qərbində yerləşir və Bosfor boğazı Avropa ilə Asiyanı ayıran xətt olaraq şəhərin mərkəzindən keçir.

Türkiyə uzun müddətdir həm Avropada, həm də Yaxın Şərqdə mühüm rol oynamaqdadır və bu, bu gün də Türkiyənin mədəniyyətində, adət-ənənələrində və hətta türk dilində öz əksini tapmaqdadır. Ümumiyyətlə, Türkiyə canlı bir yerdir və bu, onun açıq, qonaqpərvər atmosferində və böyük qonaqpərvərliyi ilə bağlı reputasiyasında özünü göstərir, xüsusilə də qardaş ölkənin insanlarına qarşı. Harda olursunuzsa olun, Türkiyədə olduğunuz zaman kimsə sizin və vətəniniz haqqında daha çox bilmək istəyəcəkdir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

turkiyede tehsil sistemi

Atatürk Universiteti

1957-ci ildə Erzurum şəhərində yaradılmış və Türkiyənin ən yaşlı yeddinci universitetidir. O zamandan bəri Atatürk universiteti missiyasını və vizyonunu əks etdirən bir şüar təyin etmişdir “Həyatın xidmətində və həmişə irəli” . Yeni nəsil universitet olma yolunda təhsil, araşdırma və cəmiyyəte töhfə missiyasını öz üzərine bütünlüklə götürən universitet bu baxımdan qərar və tətbiqlərində elmi həqiqətlərə əsaslanır. İnnovasiya və sahibkarlıq effektivliyi artıracaq sahələrdə yeni və fərqli tətbiqlər həyata keçirir. Ən əsası isə öyrətmə fokusu bütün fərdlərin öyrənmə təcrübəsini yaxşılaşdıran ve asanlaşdıran sistemə dayanır. Geniş kampus imkanları və keyfiyyətli tədris sistemi ilə tələbələrin ən çox üstün tutduğu universitetlərdən birinə çevrilmişdir. Bu səbəblərə görə azərbaycanlı tələbələr də Atatürk universitetində təhsil almağı seçirlər.

Universitetə Qəbul Şərtləri Nələrdir?

İmtahan vermədən xaricdə təhsil almaq demək olar ki, hər bir gəncin arzusudur, xüsusilə də, tələbələrin gələcək qayğılarını və imtahan qorxularını nəzərə alsaq, bu fürsətin universitet arzularının gərçəkləşməsi yolunda atılan ilk və ən möhkəm addım olduğunu söyləyə bilərik.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

xaricde bakalavr tehsili

İmtahansız & Tək Attestatla Atatürk Universitetinə Qəbul

Hər daim tələbə namizədlərini düşünən xaricdə təhsil bələdçiniz olaraq, sizlər tək attestatla və heç bir imtahan vermədən Türkiyənin ən prestijli universitetlərindən biri olan Atatürk Universitetində təhsil almaq fürsəti təklif edirik, bu fürsətdən yararlanmaq və ətraflı məlumat üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Atatürk universitetinə qəbul üçün sizdən tələb olunacaq sənədlər isə bunlardır:

  • Attestat
  • Şəxsiyyət vəsiqəsi
  • Transkript
  • Fotoşəkil

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button