[reklamvideo]
Xaricdə Təhsil

Xaricdə Təhsil Almaq Üçün Universitet Seçimi Necə Edilməlidir?

Xaricdə təhsil almaq istədiyiniz proqrama qərar verdikdən sonra ən vacib mərhələlərdən biri universitet seçimidir. Bu seçimi edərkən unutmaq olmaz ki, son illərdə texnologiya üzrə Amerika, mühəndislik üzrə Almaniya, incəsənət sahəsində İtaliya, moda dizaynı üzrə İngiltərə, qastronomiya üzrə Fransa üstünlük təşkil edir. Bəs, xaricdə təhsil almaq üçün universitet seçimi necə edilməlidir? Təfərrüatlar məqaləmizdə..

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Ölkələrə Görə

Xaricdə təhsil almağı qərarlaşdırdan sonra atmalı olduğunuz ilk addım ölkə seçimi etməkdir. Ölkə seçimini isə əgər siz öz hesabınıza təhsil alacaqsınızsa, ilk növbədə büdcənizə görə etməlisiniz. Amerika, Kanada, İngiltərə kimi ölkələr yüksək keyfiyyətli təhsil sistemi və nüfuzlu universitetləri ilə seçilsədə, lakin beynəlxalq tələbələr üçün təhsil baha başa gəlir. Həmçinin, siz həmin ölkələrdəki karyera imkanlarınada diqqət etməlisiniz. Xaricdə təhsil almaq istədiyiniz ölkəni seçməyinizdə digər vacib rol oynayan məqam isə coğrafi mövqeyidir. Ümumiyyətlə yaşadığınız ölkəyə yaxın xarici universitetləri seçmək sizin üçün faydalı olacaq və gediş-gəliş xərclərinizə və zamanınıza birbaşa olaraq təsir edəcəkdir.

attestatla avropada tehsil

Universitetin Təhsil Keyfiyyətinə Görə

Xaricdə təhsil almaq üçün universitet seçimi edərkən qəbul olmaq istədiyiniz universitetlərin reytinq göstəricilərinə və beynəlxalq səviyyələrdə qəbul edilməsinə və diplomlarının digər ölkələr tərəfindən tanınıb-tanınmamasına diqqət etməlisiniz. Bu baxımdan təhsil almaq istədiyiniz ali təhsil müəssisələrinin tarixinə, prestijinə, təqaüd imkanlarına və məzunlarının karyera imkanlarına nəzər yetirməlisiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Təhsil Haqqına Görə

Xaricdə təhsil xərcləri tələbələrin diqqət etməli olduqları digər bir amildir. Əgər tələbə təqaüd imkanlarından yararlana bilmirsə, bu zaman bilməlidir ki, əksər xarici universitetlərdə illik təhsil haqqı qiymətləri bahadır. Əlbəttə ki, bir çox universitetlər aşağı təhsil haqqı qiymətləri ilə fərqlənir, lakin həmin universitetlər Avropa ölkələrinin universitetləridir. Amerika və Kanada universitetlərində isə təhsil əcnəbi tələbələr üçün olduqca baha başa gəlir. Lakin siz həmin universitetlərdə təhsil kreditləri və tədqiqat layihələri üçün ayrılan fondlar vasitəsi ilə təhsil almaq imkanınız vardır.

xaricde magistr tehsili

Karyera İmkanlarına Görə

Xaricdə karyera imkanlarından faydalanmaq üçün təhsil üçün seçdiyiniz universitetin əhəmiyyətini göz ardı etmək olmaz. Çünki əksər beynəlxalq marka və şirkətlər bir çox ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyindən dolayı, hər il məzunlar üçün təcrübə proqramları ilə iş imkanları yaratmaqdadır. Buna görədə bəzi universitetlərdən seçilmiş və yeni məzun olan gənclərin karyeralarına daha tez başlamaq imkanı olur.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Təhsil Dilinə Görə

İngilis dil seçiminə görə xaricdə təhsil almaq qərarına gələn tələbələrin ən çox üstünlük verdiyi ölkələr sırasında Amerika, İngiltərə və Avstraliya birinci sıralarda yer almaqdadır. Çünki həmin ölkələrdə rəsmi dil ingilis dilidir. Əlavə olaraq isə, dil bilikləri müraciət etdiyiniz ölkələrə görə dəyişiklik göstərsədə, dünyanın hansı universitetinə qəbul olmaq istədiyinizdən asılı olmayaraq, sizdən beynəlxalq səviyyədə qəbul olunmuş ingilis dil biliklərinizi təsdiqləyən İELTS və ya TOEFL imtahan sertifikatı tələb olunacaqdır. ABŞ və Kanada ölkələrinin universitetləri ümumi olaraq TOEFL imtahan nəticəsini tələb edir. Avropa ölkələrinin demək olar ki, bütün universitetləri isə İELTS imtahan nəticəsini qəbul edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button