Amerikada Təhsil və Yaşam Xərcləri Nə Qədərdir? – 2024
Birləşmiş Ştatlar bu gün tələbələrin xaricdə oxumaq üçün ən sevimli yerlərindən biridir. Yüksək akademik standartına görə dünyanın hər yerindən tələbələr beynəlxalq səviyyədə tanınan dərəcələr əldə etmək üçün ölkəyə gəlirlər, Amerikada yaşamaq və işləmək ideyası isə milyonlarla tələbənin arzusu olaraq qalır.
Amerikada təhsil haqqı qiymətləri nə qədərdir?
Hər kəs bilir ki, dünyanın ən yaxşı ali təhsil ölkələrindən biri olan Amerikada təhsil bahadır. Bu səbəbdən ilk olaraq sizin üçün ali təhsil müəssisələrində təhsil haqqının nə qədər olmasından başlayacayıq. ABŞ-da təhsil haqları ildə orta hesabla 10.000-55.000 dollar arasında dəyişir. Ümumiyyətlə, ABŞ-da universitet haqları təhsil almaq istədiyiniz ştatlara, universitetlərə və bakalavr və ya magistr dərəcələrinə görə dəyişə bilər. Bu səbəbdən ərizənizi hazırlayarkən universitetinizdən təhsil haqları ilə bağlı ən son yenilikləri soruşmağınız faydalıdır. Özəl universitetlərlə müqayisədə, dövlət universitetlərinin xərcləri daha aşağıdır. Beynəlxalq tələbələr ABŞ-da bakalavr dərəcəsi almaq üçün dövlət universitetlərində ildə orta hesabla 30.000 dollar, özəl universitetlərdə isə 35.000 dollar ödəməlidirlər. Magistratura və doktorantura dərəcələri üçün bu ödənişlər aşağı və ya daha yüksək ola bilər.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
ABŞ-da fakültələrə görə təhsil haqları nə qədərdir?
Amerika geniş yayılmış humanitar elmlər, incəsənət və təhsil sahələrində təhsil haqları baxımından daha ucuzdur, tibb və mühəndislik kimi ixtisaslar isə daha yüksək təhsil haqları ilə seçilir. Magistratura səviyyəsində də təhsil ala biləcəyiniz MBA proqramları adətən ildə orta hesabla 70.000 dollar təşkil edir və bu, oxuyacağınız universitetin nüfuzundan asılı olaraq dəyişəcək. Amerikada magistr təhsili almaq istəyən tələbələr üçün zəngin proqramlar mövcuddur. Bəs, magistratura proqramlarında illik təhsil haqları nə qədərdir?
- Mühəndislik – 47 000 dollar
- Hüquq 50 000 dollar
- İnformasiya Texnologiyaları – 55 000 dollar
- Sosial Elmlər – 35 000 dollar
Bəs, Amerikada yaşamaq üçün nə qədər pul lazımdır?
Amerikada yaşamağın dəyəri olduqca bahadır və ABŞ-da pulsuz təhsil demək olar ki, mümkün deyil, lakin ölkədə müraciət edə biləcəyiniz bir çox təqaüd imkanları var ki, bu da sizə təhsil və yaşayış xərcləriniz üçün maliyyə dəstəyi verəcəkdir. ABŞ-da yaşam xərcləri ildə təqribən 10.000-18.000 dollar, ayda orta hesabla 1000-1500 dollar arasında dəyişir. Buraya yaşam xərcləriniz, otaq və yemək, nəqliyyat, dərsliklər və hava şəraitinə uyğun geyim və əyləncə daxildir.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.
Hansı Amerika universitetləri aşağı qiymətləri ilə seçilir?
ABŞ-da təhsil almaq istəyən tələbələr üçün ən çox üstünlük verilən ABŞ ştatları sıx məskunlaşan Nyu-York və ya Kaliforniya olsa da, populyarlıq büdcəni düşünən beynəlxalq tələbələr üçün birinci yerdə deyil. Universitet xərclərinin yüksək olmasından narahatsınızsa, biz sizin üçün təhsil haqqının daha aşağı olduğunu ən yaxşı Amerika universitetlərini aşağıdakı kimi sadaladıq:
- Western Michigan University – 26.608$
- Murray State University – 23.958$
- California State University, Fresno – 23.685$
- Eastern Kentucky University – 20.886$
- Brigham Young University – 13.778$
- University of New Orleans – 23.435$
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.