[reklamvideo]
Xaricdə Təhsil

Xaricdə Təhsil Almaq – 2024

Xaricdə təhsil almaq əksər tələbələrin arzusudur. Üstəlik, bu arzuya Amerika, Kanada, İngiltərə və Avstraliya kimi gözəl ölkələr, nüfuzlu universitetlər əlavə olunduqda, hər il xarici ölkədə təhsil almaq istəyən tələbələrin sayı artır. Ümumiyyətlə, xaricdəki universitetə müraciət etmək üçün diplomunuz, orta balınız və arayışlarınız qəbul edilir, lakin beynəlxalq proqramları olan ölkələr müraciətlər üçün ilkin şərtlər kimi ixtisaslaşdırılmış və ya standartlaşdırılmış universitet imtahanları və testlər tələb edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Xaricdə təhsil almağın üstünlükləri nələrdir?

Xaricdə təhsilin ən yaxşı tərəfi bütün dünyada etibarlı olan diploma sahib olmaqdır. Təbii ki, bu diplom sizə tam təchiz olunmuş təhsil prosesini də təklif edir. Xaricdə təhsil müəssisələri; müasir laboratoriyaları və elmi-tədqiqat mərkəzləri, qabaqcıl kitabxanaları, unikal tarixi, işəgötürənlərlə əlaqələri, öz sahələrində mütəxəssis olan və bir çox uğurlar qazanmış akademikləri ilə heyran buraxır. Eyni zamanda oxuyarkən keçəcəyiniz təcrübələr, inkişaf etdirəcəyiniz və praktiklik qazanacağınız xarici diliniz, inkişaf etdirəcəyiniz fəaliyyətlər və mədəni tədbirlər təhsilinizin daha da yüksək pillələrə qalxmasını təmin edəcəkdir.

Xaricdə təhsilin tələbələr üçün faydaları dedikdə ağlımıza gələn və bizi valeh edən ilk seçim yeni bir coğrafiya, ölkə və şəhəri gəzərək ömür boyu davam edəcək macəraya addım atmaqdır. Yeni yerlər kəşf etmək və səyahət etmək sizə yeni insanlarla tanış olmağa və ümumi mədəniyyətinizi təkmilləşdirməyə imkan versə də, həm də təhsil aldığınız ölkədən kənarda müxtəlif yerləri görmək imkanınız var. Xaricdə təhsil sizə asan və ucuz səyahət imkanları təklif edir, məsələn; İtaliya, Almaniya, Fransa kimi bir ölkədə təhsil alarkən bütün Avropanı rahatlıqla gəzmək imkanınız olacaqdır. Sizi valeh edən təbii gözəlliklərə, tarixi şəhərlərə, muzeylərə, ticarət mərkəzlərinə və nəfəs kəsən mənzərələrə yaxından nəzər saldıqca öyrəndiyiniz hər yeni məlumat həyatınıza müsbət faydalar əlavə edir və sizi təkmilləşdirir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Xaricdə təhsil sistemi necədir?

Xaricdə ali təhsil sistemi təhsil almaq istədiyiniz ölkə və proqram növündən asılı olaraq dəyişsə də, proqramlar adətən 3-4 il çəkir. Amerika və Kanadada 4 illik təhsil proqramları olduğu halda, Avropada bu müddət ümumiyyətlə 3 ildir. Bəzi mühəndislik proqramları isə 4 il çəkə bilər. Bundan əlavə, memarlıq proqramları 5 il, stomatologiya və əczaçılıq şöbələri 5 il, tibb təhsili isə 6 il davam edə bilər. Amerika və Kanadada tibb təhsili fakültə dəyişikliyinə görə 8 ilə qədər çəkə bilər.

Türkiyə Ali Təhsil Sistemi

Yerli tələbələrimiz xaricdə təhsil almaq üçün müraciət etdikləri ölkələrdən ən birincisi olan qardaş Türkiyə dövlətində ali təhsil sistemi haqqında qısa məlumatları aşağıdakı kimi qeyd edə bilərik:

Önlisans Dərəcəsi (qısa dövr): İki illik təhsil proqramının sonunda verilən önlisans dərəcə proqramları universitetlər və orta təhsildən sonrakı peşə məktəbləri tərəfindən təklif olunur. Bəzi distant təhsil proqramları da möcvuddur və önlisans proqramları iş yerində təlim müddəti tələb edə bilər.

Bakalavr Dərəcəsi (1-ci dövr): Dörd illik kurs və 240 AKTS təhsili başa çatdıqdan sonra verilir. Stomatologiya, baytarlıq və əczaçılıq üzrə təhsil müddəti beş il, tibb təhsili üzrə isə altı ildir və bu dörd sahə üzrə ixtisaslar magistr dərəcəsinin ekvivalenti hesab olunur.

Magistratura Dərəcəsi (2-ci dövr): İncəsənət Magistrinə (MA) və ya Elmlər Magistrinə (MS) aparan iki illik proqram, Tezli və Tezsiz olaraq iki növ magistr proqramına malikdir. Belə ki, Tezli Magistr Proqramı ümumiyyətlə minimum 120 AKTS-dən ibarət kurslardan ibarət iki illik proqramdır və sonra tezis təqdim olunur. Tezsiz Proqramlar isə bir və ya bir il yarım ərzində tamamlanmalı və minimum 90 kreditdən ibarət magistr kurslarınının və müddətli layihənin tamamlanmasını tələb edir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Doktorantura Dərəcəsi (3-cü dövr): Adətən PhD dərəcəsinə aparan səkkiz semestrlik proqramdır və o, 180-240 AKTS-li kurslardan, bacarıq imtahanından, dissertasiya təklifindən, dissertasiyadan və onun şifahi müdafiəsindən ibarətdir. Kurs işini və bacarıq imtahanını müvəffəqiyyətlə başa vurduqdan sonra tələbələr dissertasiyasını təqdim etməli və imtahan komissiyası qarşısında şifahi şəkildə müdafiə etməlidirlər.

Tibb Proqramları üzrə İxtisaslaşma: Bu dərəcə növü doktorluq dərəcəsi proqramlarına bərabərdir və tibb fakültələrində, universitet xəstəxanalarında və tədqiqat və təlim xəstəxanalarında həyata keçirilir. Tibb üzrə ixtisaslaşma üçün tibb fakültələrini bitirənlər üçün tibb elminin müxtəlif sahələri üzrə müsabiqə yolu ilə seçim imtahanı keçirilir. Mütəxəssis namizədlərdən dissertasiya təqdim etmələri və imtahan komissiyası qarşısında müdafiə etmələri tələb olunur.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Xaricdə təhsil almaq üçün ən yaxşı ölkələr hansılardır?

Türkiyə: Avropa ilə Yaxın Şərqi birləşdirən Türkiyə, güclü mədəni və siyasi təsirlərə malik genişlənən bir ölkədir. Qərbdə Yunanıstan və Bolqarıstan, şərqdə Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənub-şərqdə isə İraq və Suriya ilə həmsərhəddir. Həmçinin, Türkiyə Aralıq dənizi ilə Qara dənizi də birləşdirən qapı rolunu oynayır.

Türkiyə uzun müddətdir həm Avropada, həm də Yaxın Şərqdə mühüm rol oynamaqdadır və bu, bu gün də Türkiyənin mədəniyyətində, adət-ənənələrində və hətta türk dilində öz əksini tapmaqdadır. Ümumiyyətlə, Türkiyə canlı bir yerdir və bu, onun açıq, qonaqpərvər atmosferində və böyük qonaqpərvərliyi ilə bağlı reputasiyasında özünü göstərir, xüsusilə də qardaş ölkənin insanlarına qarşı. Harada olursunuzsa olun, Türkiyədə olduğunuz zaman kimsə sizin və vətəniniz haqqında daha çox bilmək istəyəcəkdir.

Avropa Ölkələri: Dünyanın ən qədim və yüksək keyfiyyətli universitetləri, tarixi kitabxanaları, zəngin elmi-tədqiqat imkanları, kampuslar və müasir laboratoriyalar Avropada təhsil almaq istəyən tələbələri qarşılayır. Tədqiqat, innovasiya və yaradıcılığın ön planda olduğu universitetlərdə həm bakalavr, həm də magistratura proqramlarında beynəlxalq tələbələr üçün ingilis dili təhsili variantları mövcuddur.

Amerika: Həm ərazisi, həm də inkişaf etmiş iqtisadiyyatı ilə böyük bir ölkə olan Amerikada təhsil verən bir çox özəl və dövlət qurumları var. Hər bir tələbəyə təhsil almaq, ixtisaslaşmaq və özünü təkmilləşdirmək istədiyi sahədə karyera qurmaq şansı təklif olunur. Bəziləri böyük şəhərlərdə, bəziləri isə kiçik qəsəbələrdə olsa da, universitetlər üsmumiyyətlə isti və mehriban bir atmosferə malikdir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

amerikada bakalavr tehsili

Xaricdə təhsilin növləri

Xaricdə təhsil növlərini aşağıdakı kimi sadalaya bilərik:

Bakalavr təhsili: Xaricdə bakalavr Dərəcəsi 4 illik kurs və 240 AKTS təhsili başa çatdıqdan sonra verilir. Stomatologiya, Baytarlıq və Əczaçılıq ixtisasları üzrə təhsil müddəti 5 il, Tibb təhsili üzrə isə 6 ildir və bu dörd sahə üzrə ixtisaslar magistr dərəcəsinin ekvivalenti hesab olunur.

Magistratura təhsili: Xaricdə magistr təhsili tələbələrə təhsil aldıqları sahə üzrə ixtisaslaşma imkanı verir. Bu təhsil səviyyəsindən sonra məzun olan tələbələr mütəxəssis həkim, aspirant mühəndis, elm mütəxəssisi, usta memar kimi adlar alır, həm akademik karyera qurmaq, həm də iş tapmaq və işləmək şanslarını artırır. Xaricdə magistr təhsil sistemi tələbələrə daha çox tədqiqat yönümlü təhsil almağa imkan versə də, onlar innovasiyaya milyon dollarlır sərmayələri ilə yaradıcılıqlarını üzə çıxarmağı hədəfləyirlər.

Distant təhsil: Tədrisin uzaq məsafədən web serverlərlə və kompyuter proqramları ilə təşkili prosesidir. Qiyabi təhsil forması ilə bənzərliyi olsada, ölkəmizdə yalnız 1 universitetdə bu proqram mövcuddur. Dünyada geniş yayılmış təhsil forması olmasına baxmayaraq, pandemiya səbəbilə artıq ölkəmizdə geniş yayılmağa başlamışdır. Bu tədris metodunda siz universitetin tələbinə uyğun olaraq, ən az ildə 2 dəfə sessiya zamanı xaricə getməklə xarici universitetlərin diplomunu ala bilərsiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Türkiyənin Ən Yaxşı Universitetləri

  • Atatürk Universiteti
  • Hacettepe Universiteti
  • Mersin Universiteti
  • Uludağ Universiteti
  • Gaziantep Universiteti
  • Ondokuz Mayıs Universiteti
  • Bozok Universiteti
  • Adıyaman Universiteti
  • İstanbul Universiteti
  • Konya Teknik Universiteti

Amerikanın Ən Yaxşı Universitetləri

  • Harvard Universiteti
  • Stanford Universiteti
  • Kaliforniya Texnologiya İnstitutu
  • Massaçusets Texnologiya İnstitutu
  • Kaliforniya Universiteti

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

amerika universitetlerine qebul

Xarici Universitetlərə Necə Müraciət Etmək Olar?

Xaricdə təhsil almaq istəyən tələbələrin doldurması tələb olunan sənədlər ölkədən ölkəyə və proqramdan proqrama dəyişə bilər. Bununla belə, adətən tələb olunan sənədlər aşağıdakılardır:

  • Pasport: Xaricdə təhsil proqramında iştirak etmək üçün etibarlı pasport vacibdir. Pasportunuz təhsil müddətinizdən uzun olmalıdır.
  • Təhsil Sertifikatı / Transkript: Ümumiyyətlə, son tamamlanmış təhsil statusunuzun öyrənmə sertifikatı və ya transkripti tələb olunur. Bu sənədləri adətən məktəbdən və ya universitetdən əldə etmək olar.
  • İngilis Dili Bilik Sertifikatı: Əgər ingilis dili proqramında təhsil almağı planlaşdırırsınızsa, adətən TOEFL və ya IELTS kimi ingilis dili biliyi testindən etibarlı bal vərəqi tələb olunur.
  • Tərcümeyi-hal və ya CV: Bəzi universitetlər və proqramlar tələbənin akademik və peşəkar təcrübəsini nümayiş etdirən CV tələb edir.
  • Motivasiya məktubu: Sizdən bu proqramı niyə seçdiyinizi və məqsədlərinizi izah edən məktub tələb edə bilər.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Xaricdə Aşağı Ödənişlə Təhsil Təklif Edən Ölkələr

Xaricdə universitet ödənişləri bəzən tələbələr üçün bahalı təcrübə ola bilər. Çünki Amerika, İngiltərə, Kanada, Avstraliya və İrlandiya kimi ölkələr yüksək təhsil haqları və yaşayış qiymətləri ilə diqqət çəkərkən, bəzi ölkələr, xüsusilə Avropa və Asiya ölkələri tələbələrə beynəlxalq universitet qiymətləri ilə xaricdə təhsil təklif edir. Aşağı təhsil haqları və universitet seçimləri olan ölkələrə birlikdə nəzər salaq!

xaricde bakalavr tehsili

Türkiyə

İlk istiqamətimiz olan və yerli tələbələrimizində ən çox müraciət ölkələrdən biri məhz Türkiyədir. Buna səbəb isə Türkiyə universitetlərində təhsilin yüksək səviyyədə olması və təhsildə atdığı addımları sayəsində təhsilin günü-gündən inkişaf etməsidir. Bununla bərabər Türkiyənin bzim üçün qardaş ölkə olması, coğrafi cəhətdən yaxınlığımız, milli-mədəni bənzərliyimiz , türk vətəndaşlarının azərbaycanlılara qarşı sevgi və hörməti sayəsində bizə özümüzü qardaş ölkə Türkiyədə evimizdəki kimi hiss etdirir. Bəs əsas məsələ olan Türkiyədə təhsil və yaşam qiymətləri nə qədərdir? Türkiyədə təhsil neçəyə başa gəlir?

Qəbul olmaq istədiyiniz universitet və ixtisasdan asılı olaraq, Türkiyə universitetlərində illik təhsil haqqı qiyməti minumum 1115 tl yəni 305 AZN, maksimum isə 3210 tl yəni 950 AZN-dir. Təhsil haqqını iki hissəyə bölüb semestrlər ərzində ödəyə bilərsiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Polşa

Növbəti istiqamətimiz isə Polşayadır və tələbələrində xaricdə təhsil üçün ən çox üz tutduğu ölkələrdən biridir. Yüksək keyfiyyətli və neçə yüzillik polyak təhsil sisteminə malik olan Polşa yerli tələbələrimizində xaricdə təhsil üçün müraciət etdiyi ölkələr siyahısında öz sözünü demişdir. Yüksək keyfiyyətli təhsilin verilməsinə baxmayaraq isə Polşa universitetlərində illik təhsil haqqı qiymətləri münasibdir. Vizanın asanlıqla alınması və universitet diplomlarının həm Azərbaycanda, həmdə digər Avropa ölkələrində tanınması Polşanı digər ölkələrdən fərqləndirir. Digər Avropa ölkələrinə nisbətən münasib olub, qiymətlər 2000 Avrodan; 4000 manatdan başlayır.

Ukrayna

Polşa və Macarıstan kimi Avropa ölkələri ilə qonşu olan Ukrayna tələbələrin ən çox müraciət etdiyi digər ölkələrdən biridir. Ən vacibi isə burada təhsilin yüksək səviyyədə olması ilə fərqlənən Ukrayna universitetlərinin diplomlarının tanınması ilə əlaqədar iki dövlət arasında imzalanan müqavilə hələdə qüvvədədir. Və bu müqavilə tələbələrin Ukraynada təhsilinə öz töhfəsini verərək daha da etibarlı edir.

Digər ölkələrdən fərqli olaraq Ukraynada demək olar ki, bütün universitetlər dövlət statusludur. Ölkədə bir neçə özəl universitet vardır ki, tələbələrədə dövlət statuslu universtetləri seçmələri tövsiyə olunur. Qəbul olmaq istədiyiniz universitet və ixtisasdan asılı olaraq Ukrayna universitetlərində illik təhsil haqqı 700-4000 dollar yəni, 1200-6800 manat arasındadır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Xaricdə Tələbələr Üçün Yaşam Xərcləri

Türkiyə: Beynəlxalq tələbə olaraq Türkiyədə ayda 400-650 USD büdcə ilə yaşaya bilərsiniz və belə ki, bu qiymətlər, dünyanın digər təhsil yerləri ilə müqayisədə olduqca əlverişlidir. Orta yaşayış xərcləriniz həyat tərzinizdən və xərcləmə vərdişlərinizdən asılı olaraq arta və ya azala bilər.

Polşa: Təkcə tədrisin yüksək keyfiyyəti və təhlükəsizliyi deyil, həm də Polşada yaşayışın aşağı qiyməti ölkəni Avropa və beynəlxalq tələbə namizədləri üçün kifayət qədər cəlbedici edir. Polşanın davam edən iqtisadi inkişaf prosesi sayəsində yaşayış minimumu digər Avropa ölkələri ilə müqayisədə xeyli aşağıdır.

Ümumiyyətlə, yaşayış, yemək və nəqliyyat xərcləriniz üçün ayda təxminən 500 ABŞ dolları (təxminən 1800 PLN) lazımdır. Çöldə yemək və içmək çox ucuzdur və aylıq nəqliyyat kartı üçün tələbə endirimi ilə yalnız 15-17 ABŞ dolları ödəməli olacaqsınız.

Amerika: Amerikada yaşamağın dəyəri olduqca bahadır və ABŞ-da pulsuz təhsil demək olar ki, mümkün deyil, lakin ölkədə müraciət edə biləcəyiniz bir çox təqaüd imkanları var ki, bu da sizə təhsil və yaşayış xərcləriniz üçün maliyyə dəstəyi verəcəkdir. ABŞ-da yaşam xərcləri ildə təqribən 10.000-18.000 dollar, ayda orta hesabla 1000-1500 dollar arasında dəyişir. Buraya yaşam xərcləriniz, otaq və yemək, nəqliyyat, dərsliklər və hava şəraitinə uyğun geyim və əyləncə daxildir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button