[reklamvideo]
Amerikada Təhsil

Amerika Təhsil Sistemi Haqqında – 2024 Amerikada Təhsil

Amerika Ali Təhsil Sistemi

Amerika Birləşmiş Ştatlarında ümummilli hər bir ştata şamil olunan mərkəzləşdirilmiş təhsil sistemi yoxdur. Hər bir dövlətin təhsil siyasətini müəyyən edən öz səlahiyyətli qurumu var. Bu tip təhsil sistemi beynəlxalq tələbələr üçün geniş imkanlar təqdim etsə də, sistemi uzaqdan başa düşməyi və bu qədər imkanlar arasından seçim etməyi də çətinləşdirə bilər.

ABŞ-da universitetlərdə təhsil almaq istəyən tələbələrin Amerika təhsil sistemi haqqında məlumat sahibi olması onların daha şüurlu seçim etməsinə şərait yaradacaqdır. ABŞ-da ibtidai və orta təhsil 12 il davam edir. Bu müddətin sonunda əldə etdiyi orta məktəb diplomu ilə tələbə ali təhsil müəssisələrinə və ya iki il təhsil verən universitetlərə müracitə edə bilər. İbtidai məktəbə qədər 1-3 illik bağça təhsili alınır. Amerikada ibtidai məktəb altı yaşında başlayır və sonra orta məktəb təhsilini davam etdirir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

amerikada tehsil

Ali Təhsil Proqramları

Bakalavr Təhsili: Orta məktəbi, yəni 12-ci sinfi bitirmiş məzunlar universitetdə təhsillərini davam etdirə bilərlər. Amerikada bəzi universitetlərə “kollec” də deyilir. Burada istifadə olunan kollec tərifi bizim ölkədən fərqli olaraq Amerikada dörd illik universitetlər və ya məktəblər üçün istifadə olunur. Məzunlar orta məktəbi bitirdikdən sonra müxtəlif sahələrdə, peşə təhsili üçün kadr hazırlama üçün yaradılmış məktəblərdə (Community College və ya Junior College) təhsillərini davam etdirirlər və Associate Degree dərəcəsi almaq hüququna malikdirlər.

Tələbələr üçün orta məktəb təhsilindən sonra başqa bir təhsil variantı təhsillərini dörd illik universitetlərdə davam etdirməkdir. Bu dörd illik təhsilin sonunda alınan dərəcə Bachelor’s Degree adlanan bakalavr dərəcəsinə çevrilir. Bakalavr təhsilini başa çatdırmaq üçün tələbələr ümumiyyətlə 120 krediti tamamlamalıdırlar. Təhsilini müvəffəqiyyətlə başa vuran tələbələr təhsil sahəsindən asılı olaraq Bachelor of Arts (B.A) və ya Bachelor of Science (B.S) diplomu alırlar. Ümumiyyətlə, Amerikada ali təhsil müəssisələrinin təsnifatı aşağıdakı kimidir:

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

İki İllik Məktəblər

Bunlar Community College və ya Junior College adlanan məktəblərdir və orta məktəb təhsilindən sonra iki il müddətində peşə təhsilinə icazə verən və önlisans diplomu verən məktəblərdir. 60 kredit kursunu tamamladıqdan sonra tələbələr Associate of Arts (A.A.) və ya Associate of Science (A.S.) dərəcəsi ilə məzun olurlar. Community College-in ən mühüm xüsusiyyəti, tələb olunan orta tələbi ödədikləri təqdirdə dörd illik məktəblərə köçürmə imkanları vermələridir.

Texnologiya İnstitutları

Amerikada çox yayılmış Texnologiya İnstitutları dörd illik universitetlərə bütün aspektlərdə birgə təhsil verən qurumlardır. Xüsusilə Elm və Mühəndislik Elmlərində tədris və tədqiqar imkanları təmin etmək üçün yaradılsalar da, bəzi Texnologiya İnstitutlarının Sosial Elmlərdə çox güclü proqramları var.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Liberal İncəsənət Kollecləri

Bu məktəblər, universitetlər kimi, dörd illik təhsil və bakalavr dərəcəsi təklif edir. Onları universitetlərdən fərqləndirən xüsusiyyətlər siniflərin daha kiçik olması (ən böyük siniflər 25-30 tələbədir), ümumiyyətlə böyük yaşayış məntəqələrindən uzaq olması və ən mühüm xüsusiyyətləri hələ nə istədiklərinə qərar verməmiş tələbələrə ilk iki ildə ümumi təhsil müddətindən sonra, ixtisaslaşmaq istədikləri sahətə diqqət etmə imkanı və təhsil almaq təklif etmələridir.

Magistratura Təhsil Proqramları

ABŞ-da Graduate Study adlanan magistratura təhsilinin ilk pilləsi magistr dərəcəsidir. Bakalavr təhsilindən sonra ümumiyyətlə 30-36 kreditin tamamlanması və magistr dissertasiyasının hazırlanması tələb olunur. Bəzi magistratura proqramlarında dissertasiya yerinə buraxılış imtahanı verilməklə magistr dərəcəsi alınır.

Magistr təhsilin ikinci pilləsi olan doktorantura təhsili, ümumiyyətlə, magistr təhsili ilə bağlı üç-dörd il təhsil və tədqiqat tələb etsə də, xüsusilə tədqiqat yönümlü sahələrdə bu proses daha uzun çəkə bilər. Doktorantura təhsilində əvvəllər tədqiq olunmamış fənn üzrə doktorluq dissertasiyası hazırlamaq da tələb olunur. Təhsilin sonunda fəlsəfə doktoru (Ph.D) elmi dərəcəsi verilir. Magistratura təhsilində olduğu kimi, doktoranturada da təhsil sahəsini göstərən doktorantura dərəcələri var.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button